DOI: 10.28942/appj.vxviiii2y2018.207 ISSN:
Veronica crista-galli Stev. OTUNUN FLAVONOİD TƏRKİBİNİN ÖYRƏNİLMƏSİ
Tahir A. SüleymanovVeronica L. - Bulaqotu cinsi Bağayarpağıkimilər fəsiləsinə aid olub, Azərbaycan florasında 40 növlə təmsil olunur [1]. Veronica L. cinsinə aid bəzi növlər dünyanın müxtəlif ölkələrində xalq təbabəti və elmi təbbətdə ayrı-ayrı xəstəliklərin müalicə və profilaktikasında geniş istifadə olunur. Belə ki, bitkinin yerüstü hissələri yuxarı tənəffüs yollarının kəskin və xroniki xəstəliklərində, mədə-bağırsaq sistemi, qaraciyər və sidik yolları xəstəliklərində, eləcə də dəri xəstəliklərində və müxtəlif qanaxmalar zamanı istifadə olunur. Veronica cinsinin bəzi növləri xalq təbabətində müxtəlif iltihabi xəstəliklərin və xərçənglərin müalicəsində istifadə olunur [2].