DOI: 10.28942/jtcem.v5i1y2025.207 ISSN:
TETRAXLORMETANLA QARACİYƏRİN KƏSKİN TOKSİKİ MODELİNİN YARADILMASI. METODUN YENİ FİTOKOMPOZİSİYA İLƏ TƏTBİQİ
R.A. AxundovEksperimental zəhərli hepatit şəraitində tetraxlormetan siçovulların hepatobiliar sistemində stabil zədələnmə forması əmələ gətirdi ki, bu da bəzi hepatositlərin ölümü ilə xarakterizə olunurdu. Yeni fitokompleks Azhepoflor tetraxlormetanın toksik, sitolik və xolestatik təsir təzahürlərinin azalmasına kömək etdi. Tərkibində çoxlu miqdarda flavonoid olan Azhepoflor klassik hepatoprop dərman Hepasilimartın təsiri ilə müqayisə oluna bilən əhəmiyyətli hepaptotrop və detoksifikasiya effektinə malikdir. Qeyd edilənlər tetraxlormetanın təsirinə məruz qalan hepatobiliar sistemin funksiyasının yaxşılaşdığını göstərir