TÜTÜN EPİDEMİYASI: RƏQƏMLƏR ARXASINDA REALLIQ
Tofiq MusayevQlobal tütün epidemiyası 21-ci əsrdə bir milyard kişi, qadın və uşaqlara təhlükə yaradan problemdir. Bu dağıdıcı epidemiyanı dayandırmaq üçün dərman və vaksinlər deyil, hökumətlərin və vətəndaş cəmiyyətlərinin razılaşdırılmış fəaliyyəti zəruridir. Bizim dövr –ictimai səhiyyənin tarixində olan nadir məqamdır ki, siyasi iradə ilə əsrin ortalarınadəktütün istehlakının kəskin azalması və milyonlarla həyatın xilas olması üçün potesial yaradır. Hazırda,tütün epidemiyası BMT-nin 2030-cu ilədək qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin əksəriyyətinəbirbaşa və ya dolayı təsirgöstərir və digər risk amillərlə yanaşı qeyri-infeksion xəstəliklər yükünü artıraraq beynəlxalq reytinqlərdə ölkələrinmövqeyinə ciddi zərər yetirir.