STAFİLOKOKK ENTEROKOLİTLİ UŞAQLARDA ATOPİK DERMATİT
S.M. QasımovaStafilokokk enterokoliti olan 70 erkən yaşlı uşaq (bir yaşa qədər 19, bir yaşdan yuxarı 51) müxtəlif dəri zədələnmələri ilə müayinə olmuşlar. Müayinə protokoluna daxildir: klinik müşahidə, immunoloji üsullar, dəridən, selikli qişalardan və nəcisdən bakterioloji müayinələr. Əksər xəstələrdə (73%) dəri örtüyünün patogen mikroorqanizmlərlə zənginləşməsi aşkarlanmışdır. Bunlardan qızılı stafilokokk (QS) üstünlük təşkil etmişdir. Alınan nəticələrdən görünür ki, bir yaşa qədər uşaqlarda xəstəliyin klinikasında dəri örtüyünün heperemiyası, ödem, eksudasiyası üstünlük təşkil edir. Bir yaşdan yuxarı uşaqlarda prosesin xronikləşməsi, infiltrasiyası, papula və pustulaların əmələ gəlməsi müşahidə olunur. Dəri zədələnmələrinin ağırlığı və xarakteri QS kolonizasiyası dərəcəsi, periferik qanda eozinofillərin sayı arasında sıx əlaqə aşkarlanmışdır. Bir yaşdan yuxarı uşaqlarda mövcud dissimmuno-qlobulinemiya xəstəliyin xronikləşmə ehtimalını təsdiqləyir.