DOI: 10.28942/appj.vxvii1y2016.256 ISSN:

“SCOPUS MÜKAFATI AZƏRBAYCAN – 2016” İLƏ QİYMƏTLƏNDİRİLƏN “AZƏRBAYCAN ƏCZAÇILIQ VƏ FARMAKOTERAPİYA JURNALI”nın FƏALİYYƏTİ HAQQINDA

Hafiz M. Əliyev

Mətbuatdan məlum olduğu kimi, 25 yanvar 2016-cı il tarixində dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu ilə birlikdə ilk dəfə olaraq “Scopus Mükafatları”nı təqdim etmək məqsədilə tədbir keçirib. Məlumat verilib ki, “Elsevier” sıralarında “Science Direct”, “Scopus”, “Elsevier Research İntelligence” və “Clinical Key”in olduğu veb-bazaları, rəqəmsal həllər, “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir. “SCOPUS Mükafatı Azərbaycan – 2016” iki istiqamət – araşdırmalar və elmi jurnal üzrə yüksək nailiyyətlər mükafatları olmaqla bir neçə nominasiya üzrə nəzərdə tutulur. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmitədqiqat qurumuna, həmçinin 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarlarına, eləcə də “SCOPUS” və “SciVal” bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunub. Tibb elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında “Azərbaycan Əczaçılıq

More from our Archive