DOI: 10.28942/jpp.v2i2y2017.328 ISSN:
SÜDƏMƏR YAŞLI UŞAQLARDA RESPİRATOR XƏSTƏLİKLƏR ZAMANI BRONX-AĞCİYƏR TOXUMASININ İLTİHABİ MEYARLARI HAQQINDA MÜASİR TƏSƏVVÜRLƏR
Z.Ş. MürsəlovaSüdəmər yaşlı uşaqlarda bronx-ağciyər toxumasında iltihabi proseslərin gediş xüsusiyyətlərini müəyyənləşdirmək pediatrik pulmonologiyanın vacib məsələlərindəndir. Hazırda pediatriya təcrübəsində əksər hallarda invaziv diaqnostik üsullardan: bronxo-qrafiya, bronxoalveolyar lavajla birgə bronxoskopiya, bronxobiopsiya istifadə olunur [1,3]. Lakin bu üsulların heç də hamısı pediatriya təcrübəsində geniş istifadə olunmur [1]. Bununla əlaqədar olaraq son zamanlar qeyriinvaziv üsullara, o cümlədən ekspirator hava kondensatının müayinəsinə maraq xeyli artmışdır [7,5]. Müasir üsullar ekspirator hava kondensatında 1000-ə qədər substansiyanı təyin etməyə imkan verir [6,8].