DOI: 10.28942/jpp.v2i2y2017.323 ISSN:

SÜDƏMƏR YAŞLI UŞAQLARDA MƏRKƏZİ SİNİR SİSTEMİNİN PATOLOGİYALARININ DİAQNOSTİKASINDA NEYROSONOQRAFİYANIN ROLU

N.M Məmmədova

Son illər yenidoğulanların baş beyninin perinatal zədələnmələrinin erkən diaqnostikasında ultrasəs müayinəsi (USM) informativliyini, sadəliyini qeyri-invazivliyini təsdiq edən çox saylı elmi araşdırmalar aparılmışdır. Göstərilir ki, NSQ-nin geniş tətbiqi perinatal ölüm göstəricilərinin azalmasına səbəb olmuşdur. İşin məqsədi yenidoğulan və südəmər uşaqlarda MSS-nin patologiyalarının diaqnostikasında NSQ-nin imkanlarını qiymətləndirmək olmuşdur. 95 yenidoğulanın xəstəlik tarixlərinin retrospektiv təhlili və poliklinika şöbəsində 1 aydan 1 yaşa qədər 560 südəmər uşağın NSQ müayinəsinin təhlili bu uşaqlar arasında baş beynin müxtəlif ağır patologiyalarının aşkarlanmasına imkan vermişdir. Beləliklə, NSQ südəmər yaşlı uşaqlar arasında baş beynin zədələnmələrinin erkən diaqnostikasına imkan verir. Həm stasionar, həm də poliklinika şəraitində aparılması vacibdir.

More from our Archive