DOI: 10.28942/jtcem.v5i1y2025.209 ISSN:

RƏQƏMSAL VƏ GİPS ÇƏNƏ MODELLƏRİNDƏ BOLTON METODİKASI ÜZRƏ ÖLÇMƏLƏRİN MÜQAYİSƏSİ

Ziba Vaqif qızı Qasımova

Tədqiqatın məqsədi gips modellərinin müxtəlif ölçü üsulları - adi və rəqəmsal ştangensirkullar, onların rəqəmsal analoqları, diş sıralarının skanı yolu ilə əldə edilmiş və «Dolphin Imaging 11.9» proqram təminatından istifadə etməklə hesablanmış müqayisəli analizlər aparmaqdır. Tədqiqat pasiyentlərin əng və çənə dişlərinin, həmçinin onların rəqəmsal ekvivalentlərinin 30 gips modelində aparılmışdır. Seçmə meyarları: əng və çənədə, 13-15 yaşlarında olan pasiyentlərdə birinci sol və birinci sağ molyarlara qədər bütün daimi dişlərin olması. Material 3 qrupa bölünür: birinci ölçü qrupunda «Dolphin Imaging 11,9» kompüter proqramı (DI), ikinci qrupda pərgar (P), üçüncü qrupda isə rəqəmsal ştangensirkul (RŞ) tətbiq olunur. Statistik cəhətdən əhəmiyyətli fərq bəzi dişlərin, ilk növbədə yuxarı və aşağı kəsicilərin, həmçinin bəzi premolyarların və molyarların ölçülməsində aşkar edilmişdir. Parametrin korrelyasiyası DI və P ( = 0,277; p = 0,039) arasında, DI və RŞ arasında (τ = 0,303; p = 0,019), P ilə RŞ arasında (τ = 0,528; p < 0,001) təhlil edilir. Çənə modellərinin ölçülməsinin daha dəqiq və etibarlı üsulu «Dolphin Imaging 11.9» kompüter proqramından istifadə etməkdir. Bu metod həkimlərə dəqiq və dəyərli məlumat verir, gips modellərinin hazırlanması və uzun müddət saxlanması zərurətini aradan qaldırır ki, bu da onu ortodontik təcrübədə geniş istifadə etmək imkanı yaradır.

More from our Archive