DOI: 10.28942/ajph.v3i1y2025.4 ISSN:
PM2.5 HAVA ÇİRKLƏNMƏSİ NƏTİCƏSİNDƏ 2024-CÜ İLDƏ BAKI, SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏRLƏRİNDƏ 30 YAŞ VƏ YUXARI ƏHALİ ARASINDA BAŞ VERƏ BİLƏCƏK ÖLÜM HALLARININ QARŞISININ ALINMASI.
S. MehdiyevHavanın çirklənməsi insan sağlamlığı üçün ən ciddi ekoloji təhlükələrdən biridir. Havanın çirklənmə dərəcəsini azaltmaq üçün görülən tədbirlər nəticəsində ölkələr insult hallarının, ürək-damar xəstəlikləri, ağciyər xərçəngi və astma daxil olmaqla, xroniki və ya kəskin tənəffüs yolları xəstəliklərinin yükünü azalda bilərlər [1]. Qiymətləndirmələrə görə, 2019-cu ildə həm şəhər, həm də kənd yerlərində atmosfer (açıq hava) çirklənməsi dünya üzrə 4,2 milyon vaxtından əvvəl ölüm hallarına səbəb olmuşdur. Bu ölümlər ürək-damar, tənəffüs və onkoloji xəstəliklərin inkişafına səbəb olan kiçik dispers hissəciklərin təsiri ilə əlaqədar idi [1].