DOI: 10.28942/ajoms.v26i1y2026.8 ISSN:
Periodontal cərrahiyyədə tikiş materiallarının və tikiş üsullarının rolu
Aqil HuseynovPeriodontal cərrahiyyədə yumşaq toxumalar üzərində aparılan hər hansı manipulyasiyanın əsas məqsədi yaranın sabit və gərginliksiz şəkildə bağlanmasına nail olmaqdır. Stomatoloq-cərrahlar yüksək dərəcədə həssas və qan təchizatı zəngin olan yumşaq toxumaları müxtəlif sərt səthlərə uyğunlaşdırmalı olduqları üçün, tikiş materiallarının və texnikalarının seçimi yaranın ilkin sağalma prosesinin uğurunu birbaşa müəyyən edir. Bu icmalda periodontal tikiş texnikaları, tikiş materialları (sorulan və sorulmayan), ölçü və iynə seçimi, həmçinin flepin (toxuma qapağının) yerləşdirilməsi ilə bağlı əsas qaydalar ümumiləşdirilir.