DOI: 10.28942/ajph.v2i2y2021.15 ISSN:
OĞLAN UŞAQLARINDA CİNSİ YETKİNLİYİN POZULMASI SƏBƏBLƏRİ
İ.B. AbasovaCinsi yetkinlik –hipotalamus-hipofiz-gonad sistemininaktivləşməsi nəticəsindəreproduktiv qabiliyyətininkişafının əldəedilməsi prosesidir. Bu koqnitiv, psixoloji, emosional vəsosial-mədəni dəyişikliklərləmüşayiət olunur. Yetkinlik dövrünün başlanğıc vaxtı müxtəlif olur vəbu prosesəgenetik vəətraf mühit amilləri təsir göstərir. Hipoqonadizməaparan pozulmuş cinsi yetkinlik (gecikmiş vəya tam mövcud olmaması) anadangəlməvəya qazanılmış etiologiyalı ola bilər vəhəm fiziki inkişafa, həmdə psixososial rifaha əhəmiyyətli təsir göstərəbilər.