DOI: 10.28942/jtcem.v5i1y2025.212 ISSN:

NORMADA İNSANIN VİLLİZİN QAN DÖVRANININ MORFOLOGİYASININ VARİANTLARI

S.V. Şadlinskaya

Tədqiqatın məqsədi normada insanın Villis dairəsinin arteriyalarının quruluş variantlarını, morfometrik göstəricilərini və yaş xüsusiyyətlərini öyrənmək olmuşdur. Tədqiqat materialı Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və Tibbi Terminologiya kafedrasının morqunda 12 insan meyitindən götürülmüş beyin preparatları olmuşdur. Bundan əlavə, “Medical Center” Müalicə Diaqnostika Mərkəzində aparılan angioqrammaların təhlili aparılmışdır. Beyin preparatlarını hazırlamaq üçün V.P.Vorobyovun makromikroskopik təşrih üsulundan istifadə edilmişdir. Əldə etdiyimiz məlumatlara görə, Villis dairəsi çoxbucaqlı formaya malikdir. Biz Villis dairəsinin yerləşməsinin iki variantı müəyyən edilmişdir: dərin və səthi. Tədqiq olunan 12 materialdan 11-də bütün arteriyaların iştirakı ilə villis dairəsinin əmələ gəldiyi müşahidə edilmişdir. Bir preparatda Villis dairəsinin natamam açıq çoxbucaqlı forması aşkar edilmişdir. Başqa bir preparatda sağ və sol ön beyin arteriyaları birləşərək bir ümumi ön beyin arteriyasını əmələ gətirmişdir. Angioqrammaların təhlili göstərdi ki, bir halda bazilyar arteriya müəyyən edilmir. Villis qan dövranının yaşla bağlı dinamikasının tədqiqi göstərir ki, döldə bu dövranın ön hissəsi arxa hissədən daha yaxşı inkişaf etmişdir. Yenidoğulmuşlarda Villis qan dövranının ön və arxa hissələrinin damarları demək olar ki, eyni dərəcədə yaxşı inkişaf etmişdir. Əldə edilən məlumatlardan beyinin qan dövranının pozulması ilə müşahidə olunan patologiyaların diaqnostikasında və müalicəsində istifadə edilə bilər.

More from our Archive