NEONATAL İMMUN TROMBOSİTOPENİYALARIN DİFFERENSİAL DİAQNOSTİKASI ZAMANI KLİNİK YANAŞMA.
Ş. RüstəmovaNeonatal trombositopeniya yenidoğulanlarda qanın ümümi müayinəsi zamanı tez-tez olunan, əksər hallarda laborator müayinələr zamanı diaqnostika olunan dəyişikliklərdən olub qanda trombosit sayının 150 x109/l-dən aşağı olması ilə xarak-terizə olunur [2]. Müxtəlif elmiaraşdırmalar nəticəsində məlum olmuşdur ki, bütün yenidoğulanların 1-5%-də trombositopeniya aşkar olunur, onlardan 10%-ə qədərində trombositopeniyanın ağır forması qeyd olunur (PLT < 50 x109). Yenido-ğulanların reanimasiya və intensiv terapiyası şöbəsində bütün klinik halların 22-35%-ə qədərində trombositopeniya inkişaf edir və bu yenidoğulanlardan 50%-ə qədəri vaxtından qabaq doğulmuş və xəstə uşaqlar olur. Belə hesab olunur ki, əksər hallarda yenidoğulanlarda trombositopeniyanın yaranmasının səbəbi trombositlərin parçalanmasının sürətlənməsidir. Yalnız 5% hallarda yenidoğulanlarda trombosito-peniya trombositlərin yaranmasının ləngiməsi ilə əlaqədar olur [1].