DOI: 10.28942/jpp.v2i2y2017.334 ISSN:

NEONATAL DÖVRDƏ RAST GƏLİNƏN ANEMİYALARA FƏRQLİ YANAŞMA

A.Ə. Poluxova

Ağır anemiya ilə daxil olmuş xəstədə klinik əlamətləri uyğun gəlməyən qlükoza 6-fosfat dehidrogenaza fermentinin defisiti aşkarlanmışdır. Uşaqda qrup və Rh üzrə uyğunsuzluq olmamasına baxmayaraq bətndaxilində dölün hidropsu inkişaf etmiş və dölə 3 dəfə eritrositar kütlə köçürülmüşdür. Bu klinik müşahidədə əsas səbəbin (Bart Hb) hemoqlobinoz olduğu haqqında fikir yaranır. Katamnestik olaraq gələcəkdə diaqnozun təsdiqlənməsi üçün bu xəstəyə genetik və hemotoloqun konsultasiyası məsləhət görülür.

More from our Archive