DOI: 10.28942/jpp.v2i1y2016.298 ISSN:

NEKROTİK ENTEROKOLİTİN İMMUNOGENETİK ASPEKTLƏRİ

N.C Quliyev

Nekrotik enterokolit (NEK) yenidoğulanların, xüsusən vaxtından əvvəl doğulan uşaqların ən ağır xəstəliklərindən biridir. Son illərdə yenidoğulanların reanimasiya və intensiv terapiya şöbələrində NEK-in rastgəlmə tezliyi xeyli yüksəlmişdir. Belə ki, reanimasiya və intensiv terapiya şöbələrində müalicə alan yenidoğulanların 1-5%-ni NEK-li xəstələr təşkil edir ki,onların da 65-95%-i vaxtından əvvəl doğulanlardır [1,2,3]. Xəstəliyin başlanması əsasən neonatal dövrün 3-10-cu günlərinə təsadüf edir. Lakin ədəbiyyatda doğuşdan sonrakı ilk 24 saatda və 3 ayında da NEK inkişaf edən xəstələr haqqında məlumatlar var [2,3].. NEK qısa müddətdə sepsis, bağırsaq perforasiyası, yayılmış damardaxili laxtalanma sindromu, poliorqan çatmazlığı kimi bir çox ciddi ağırlaşmalara səbəb olur. Bu xəstələrin 20-40%-i isə cərrahi müdaxilə tələb edir. İntestinal bitişmələr, intraabdominal abses və geniş nekrotik hissənin rezeksiya olunması nəticəsində qısa bağırsaq sindromunun inkişafı isə cərrahi əməliyyatlardan sonra meydana çıxan ağırlaşmalardır. Bu ağırlaşmalar fonunda xəstələrin uzun müddətli müalicəyəehtiyacı olur. Onların çoxunda sonrakı yaşlarda fiziki və psiximotor inkişafdan geri qalma qeyd olunur [2,3,4,5,6]. NEK-li xəstələrdə ölüm göstəricisi 10-60% arasında dəyişir. Cərrahi müdaxilədən sonrakı ölüm göstəriciləri isə daha yüksək olub 60-80% təşkil edir [5,6].

More from our Archive