MYELİNLİ SİNİR KEÇİRİCİLƏRİ HAQQINDA
Zərifə NəsirovaBu icmalda myelin qişası və morfo-funksional baxımdan müxtəlif növ sinir liflərində bu qişanın barəsində mövcud olan müxtəlif elmi məlumatları uyğunlaşdırmağa çalışılmışdır. Məlum olduğu kimi, bunlar innervasiyasının konduktor hissəsini təşkil edərək beyin mərkəzləri ilə periferik sinir sinir reseptorlarını birləşdirirlər. Müxtəlif morfoloji strukturların və funksional elementlərin mielinli və mielinsiz keçiriciləri, məlum olduğu kimi, sinir mərkəzlərini və periferik sinir strukturlarını birləşdirən keçirici innervasiya sisteminin əsasını təşkil edir. Müasir elmi mülahizələrə görə keçirici innervasiya sistemi sinir tənzimləmə mexanizminə birbaşa təsir edən sistemin aktiv tərkib hissəsidir və müxtəlif orqan və sistemlərdə oxşarlıq və fərqli xüsusiyyətlər nümayiş etdirir. Mielin qişası bir çox neyronların aksonlarını əhatə edən elektrik izolyasiya edən bir membrandır. Mielin qişası qlial hüceyrələrdən əmələ gəlir: periferik sinir sistemindəki şvann hüceyrələri və mərkəzi sinir sistemindəki oliqodendrositlər. Mielin qişası lipoprotein təbəqələrindən ibarətdir və fəaliyyət potensialının yayılmasını effektiv şəkildə sürətləndirir, fasiləli keçiriciliyini təmin edir. Tək şvann hüceyrəsinin potensialı çoxlu mielinsiz aksonları əhatə edə bilər. Onların səthlərinin biofiziki xüsusiyyətləri mielinləşmə prosesində həlledici rol oynayır. Müxtəlif funksiyalı sinirlərin mielinləşmə sürəti eyni deyil. Mielin qişası dəyişdirilmiş hüceyrə membranıdır və neyronun aksonu dəfələrlə əhatə edir. Mielin qişasıının qalınlığı bir çox amillərdən asılıdır. Mielin qişasinın ultrastruktur xüsusiyyəti onun müxtəlif membran komponentlərinin asimmetrik düzülüşü ilə bağlıdır. Mielin qişanın zülal tərkibi onun quru çəkisinin üçdə birini təşkil edir, mielin qişasının əsas struktur və funksional komponentlərindən biridir.