DOI: 10.28942/jtcem.v5i3y2025.173 ISSN:
MÜXTƏLİF SOMATOTİPLƏRƏ AİD AZƏRBAYCANLI GƏNC QIZLARDA BAZU VƏ SAİDİN DƏRİ-PİY BÜKÜŞÜ QALINLIĞININ KALİPEROMETRİK TƏDQİQİ
M.Q AllahverdiyevKlassik antropometriyanın tibbi praktikada geniş istifadə edilən üsullarından biri də kaliperometriyadır. Adətən, bu üsulun tətbiqi zamanı paralel olaraq, bədən kütləsi indeksini müəyyənləşdirmək üçün müasir bioimpedansometriya üsulundan da istifadə etməyə zərurət yaranır. Kaliperometriya üsulu insan orqanizminin müxtəlif nahiyələrinin dəri-piy büküşü qalınlığının ölçü göstəricilərinin araşdırıldığı şəxsin fiziki inkişaf dərəcəsinin, eləcə də onun antropometrik ölçülərinin variabelliyinin, piylənməyə meyilliyinin olubolmamasını müəyyənləşdirməyə zəmin yarada bilən vasitədir.