MÜXTƏLİF SÜD VƏZİ XƏRÇƏNGİ FORMALARINDA HÜCEYRƏLƏRİN ULTRASTRUKTUR İDENTİFİKASİYASININ XÜSUSİYYƏTLƏRİ VƏ DİFFERENSİASİYA DƏRƏCƏLƏRİ
E.Ə. XıdırovSüd vəzi xərçəngi (SVX) dünya qadın əhalisi arasında onkoloji xəstəliklər və ölüm halları arasında birinci yeri tutur. Tədqiqatın məqsədi xərçəng hüceyrələrinin ultrastruktur identifikasiyasını aparmaq və eyni zamanda onların funksional yetkinlik dərəcəsini müəyyən etməkdir. A. Qvamiçava adına Tbilisi Onkoloji Elmi Mərkəzin mammologiya şöbəsində 30 pasiyentdən cərrahi yolla çıxarılmış bədxassəli süd vəzi şişləri tədqiqatın obyektini təşkil etmişdir Tərəfimizdən elektron-radioavtoqrafik tədqiqat metodu işlənib hazırlanmışdır. Hüceyrələrin 3H timidinlə inkubasiyası zamanı nişanlanmış parenximatoz qeyri-differensiasiya olunmuş kambial hüceyrələrin sayı, normal toxumanın analoji göstəricisi ilə (0,5±0,22%) müqayisədə, şişin yalnız periferik zonasında (9,8±0,67%) dəyişərək 1,96 dəfə (p