MÜXTƏLİF QURUDULMA ÜSULLARININ Menta aquatica L. BİTKİSİNİN FİTOKİMYƏVİ KEYFİYYƏTİNƏ TƏSİRİ
Boukra CamilTədqiqatın məqsədi Mentha aquatica L. xammalının keyfiyyətini qorumaq üçün qurudulma üsullarından (mikrodalğalı (300 və 600 W), sobada qurutma (50 °C) və açıq havada kölgədə qurutma (30 °C)) hansının uyğun olduğunu müəyyən etməkdir. Tədqiqatlar nəticəsində təzə və qurudulmuş bitkilərdəki efir yağının miqdarı qiymətləndirilmiş, polifenol maddələrin miqdarını, həm efir yağı həm də ekstraktların antioksidant və antibakterial aktivliyi müəyyən edilmişdir. Alınmış nəticələr qurutma prosesinin fitokimyəvi tərkibdə dəyişikliyə səbəb olduğunu göstərmişdir. Əldə edilən efir yağının ən yüksək çıxımı, açıq havada və sobada qurudulmuş bitkilərdə (0.88 və 1.47%), daha az çıxım isə mikrodalğalı sobada qurutma zamanı qeydə alınıb. Kversetinin ən yüksək miqdarı 50 °C-də qurudulma əldə edilib (34.05) mq/q). Havada qurudulma zamanı ekstraktda polifenolun ən yüksək miqdarı (84.15 mq/q) qeydə alınmışdır. Efir yağında nəzərə çarpan antioksidan potensial (61,5 - 76,1%) IC50 (3.82 - 11.5 mg/ml-1), ekstraktlarda isə müfaviq olaraq (78.8 - 83.7%) IC50 (3.02 - 4.5 mg / m) l-1) 50 °C və 600 W-da qurudulma zamanı qeydə alınıb. Antibakterial analiz, bitkilərin havada qurudulması zamanı alınan efir yağının E.coli, S.areus və Salmonella spp. qarşı əhəmiyyətli antibakterial təsirini ortaya çıxardı. Ümumilikdə, soba 50 °C-də qurudulmanın efir yağı əldə etmək üçün optimal olduğu təklif edilir. Miqdarı və keyfiyyəti baxımından ən yaxşı ekstraktı əldə etmək üçün sobada 50 °C-də və 600 W-da mikrodalğalı sobada qurudulma daha optimal hesab olunur.