DOI: 10.28942/ajph.v3i1y2025.2 ISSN:

MÜASIR DÜNYADA VƏ AZƏRBAYCANDA ABORT PROBLEMI

A. Məmmədova

ÜST-ün məlumatına görə (2024-cü il), dünyada hər il təxminən 73 milyon abort baş verir. Bu, hər günə təxminən 200.000 abort deməkdir. Milli Sağlamlıq Statistika Mərkəzi, Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzi (CDC) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) süni abortu hamiləliyin 20 həftəsindən əvvəl pozulması və ya çəkisi 500 q-dan az olan dölün doğulması (spontan abort/düşük) kimi təyin edirlər, yəni bu, dölün hələ yaşama qabiliyyəti olmayan mərhələdə hamiləliyin pozulması deməkdir. Dünyada bütün hamiləliklərin 10-dan 3-ü (29%) və bütün planlaşdırılmamış hamiləliklərin 10-dan 6-sı (61%) süni abortla nəticələnir və bütün abortların təxminən 45 %-nin təhlükəsiz olmadığı göstərilmişdir. Təhlükəsiz olmayan abortların təxminən hamısı (97%-i) inkişaf etməkdə olan ölkələrdə baş verir; bunlar əsasən Cənubi və Mərkəzi Asiya (yarıdan çoxu), Latın Amerikası və Afrika ölkələridir (bütün abortların təxminən ¾-ü). Onlardan hər üçüncü abort çox təhlükəli şəraitdə aparılmış və nəticələri ananın sağlamlığı və həyatı üçün təhlükə yaratmışdır.

More from our Archive