LABORATOR SİÇANLARININ NƏSLİNİN FORMALAŞMASINDA ONLARIN XAYALARINA SİNESTROLUN PRENATAL TƏSİRİNİN EKSPERİMENTAL MODELİ
Elina Rinatovna AkramovaTədqiqatın məqsədi sintetik estrogen sinestrolün analoji preparatının təsiri altında cinsi yetkin ağ rəngli laboratoriya siçanlarının nəsillərinin formalaşması dövründə xayalarda morfometrik dəyişiklikləri təhlil etməkdir. Ağ rəngli laboratoriya siçanlarının nəzarət və eksperimental qrupları tədqiq edilmişdir. Hamiləliyin E 11.5 mərhələsində eksperimental qrupa əzələdaxili olaraq 40mkq/kq dozada sinestrolun 2%-li yağ məhlulu yeridilmiş, inəzarət qrup siçanları isə heç bir təsirə məruz qalmamışdır. Erkək siçanlar eksperimentin 90-cı günündə bioetik standartlara uyğun olaraq efir anesteziyası ilə evtanizasiya edilib. Siçanların xayalarında histoloji tədqiqatlar aparılmışdır Morfometrik tədqiqat göstərmişdir ki, 40 μq/kq dozada sinestrolun təsirinə məruz qaldıqdan sonra qıvrılmış toxum borucuqların sayının, sahəsinin və diametrinin azalması, spermatogen epitelin qalınlığının artması, interstisial toxumanın qeyri-bərabər paylanması müşahidə edilir. Sinestrolun sintetik estrogen analoqunun cinsi formalaşmanın prenatal dövrdə tətbiqinin dozalarını məhdudlaşdırmaq üçün eksperimental tədqiqat modeli tövsiyə edilə bilər.