DOI: 10.28942/ajim.v1i1y2024.19 ISSN:
Kod İnsult: təklif olunan xəstəxanadaxili protokol
Nabil Seyidov“Kod İnsult” protokolu kəskin reperfuziya terapiyasından (venadaxili tromboliz və / və ya endovaskulyar trombektomiya) faydalana biləcək insultlu pasientlərin müalicəsini sürətləndirmək üçün hazırlanmışdır. Protokolda insult bölməsinin (şöbəsinin) komandasının erkən cəlb edilməsi və pasientin müalicənin aparıla biləcəyi insult şöbəsinə (radioloji görüntüləmədən keçərək) sürətli hospitalizasiyasına və müvafiq müalicə tədbirlərinin başlanmasına imkan verən təxirəsalınmaz tibbi yardım üzrə fəaliyyətlər təsvir edilib. Protokola əsasən insult şöbəsi (mərkəzi) olan xəstəxanalarda 24/7 qaynar xətt və ya teletəbabət sisteminin, habelə nevroloq və neyrogörüntüləmə imkanlarının əlçatan olması ciddi əhəmiyyət kəsb edir.