DOI: 10.28942/appj.vxviiii2y2018.211 ISSN:
KALSİUM ANTAQONİSTLƏRİNİN YENİ TÖRƏYƏN NƏSLİN PRENATAL VƏ NEONATAL DÖVRDƏ FIZIKI INKIŞAFINA TƏSIRI (EKSPERİMENTDƏ)
Musa M.QəniyevHamilə qadınlar arasında arterial hipertenziya (AH) müasir tibbin aktual problemi olmaqda davam edir və ÜST Ekspertlər Şurasının verdiyi məlumata görə hamiləlik dövründə qadınların 15-20 % -də müvafiq patologiyaya rast gəlinir. Hesab edilir ki, AH hamiləlik və doğuş ağırlaşmalarının başlıca səbəblərindəndir. Belə ki, hamiləliyə qədər AH-sı olan qadınlarda dölün ölü doğulma riski 3,8%, vaxtından əvvəl doğuş 15,3%, dölün bətndaxili inkişafdan qalması 16,6%, ümumilikdə döl üçün təhlükə riski 25,8% təşkil edir [1, 2].