DOI: 10.28942/jtcem.v5i1y2025.191 ISSN:

KƏLLƏNİN MÜXTƏLİF FORMALARINDA YAN GÖRÜNÜŞDƏ ASİMMETRİYANIN MÜƏYYƏN EDİLMƏSİ

Səbinə Aydın qızı Əliyeva

Tədqiqat işin məqsədi müxtəlif formalı üz kəllələrində, yan görnüşdə asimmetriyanın təzahür dərəcəsini öyrənmək olmuşdur. Tədqiqatda deformasiya və zədələr müşahidə edilməyən, insanın bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə aid olan, 120 insan kəlləsinin kraniometrik göstəricilərində asimmetriya əlamətləri öyrənilmişdir Tədqiqatda kraniometriyanın klassik üsulundan və müasir “Yelpik” üsulundan istifadə edilmışdir. Tədqiqatın nəticələri göstərmişdir ki, formasından asılı olmayaraq qadın kəllələrində “Yan yelpik”in məsafələrində ən çox soltərəfli asimmetriya müşahidə olunur. Orta üzlü qadın kəllələrində həm soltərəfli asimmetriyanın minimal (-0,01) və maksimal (-0,35) qiymətləri, həm də sağtərəfli asimmetriyanın minimal (0,04) və maksimal (0,32) qiymətləri ölcülmüşdür. Formasından asılı olmayaraq kişi kəllələrində zigion ilə armudu dəliyin bayır kənarı (Fl) nöqtəsinə qədər olan məsafədən başqa “Yan yelpik”in məsafələrində ancaq soltərəfli asimmetriya müşahidə edilir. Soltərəfli asimmetriyanın minimal qiyməti (- 0,01) orta üzlü, maksimal qiyməti (-0,64) isə uzun üzlü kişi kəllələrində müşahidə edilmişdir.

More from our Archive