DOI: 10.28942/appj.vxvii1y2016.257 ISSN:

IRIS HUNGARICA VƏ IRIS SIBIRICA KÖKÜMSOVUNDA YEMX ÜSULU İLƏ MANGİFERİNİN MİQDARI TƏYİNİ

Vladimir N. Kovalyov

Iris hungarica Waldst. et Kit., Iris sibirica L. (Iridaceae) bitkilərinin kökümsovunda ksantonlara aid olan mangiferinin modifikasiya olunmuş üsulla miqdarı təyin edilmişdir. Ksantonlar qabaqcadan ikiölçülü üsulla kağız üzərində xromatoqrafiya vasitəsilə bölünür, bölünmüş maddələr elyuə olunur, sonra isə onlar yüksək effektli maye xromatoqrafiyası (YEMX) vasitəsilə bölünür. Tədqiqatlar nəticəsində bu nəticələr alınmışdır: I. hungarica - 0,101± 0,003 % və I. sibirica - 0,081± 0,001 %. YEMX vasitəsilə işlənib hazırlanmış analiz üsulu süsən cinsinə aid bitki növlərində mangiferinin miqdari təyini üçün, həmçinin standartlaşdırmaq məqsədilə istifadə oluna bilər.

More from our Archive