DOI: 10.28942/jtcem.v5i1y2025.205 ISSN:

İNSANIN BƏTNXARİCİ İNKİŞAFININ MÜXTƏLİF DÖVRLƏRİNDƏ GÖZ YUVASININ KRANİOMETRİK GÖSTÖRİCİLƏRİNDƏ GİNSİ XÜSUSİYYƏTLƏR

A.C. Məmmədova

Tədqiqatın məqsədi insanın bətnxarici inkişafinin müxtəlif dövrlərində göz yuvasının kraniometrik göstəricilərində cinsi xüsusiyyətləri müəyyən etmək olmuşdur. Azərbaycan Tibb Universitetinin İnsan anatomiyasi və tibb terminologiya kafedrasının fundamental muzeyinin kranioloji kolleksiyasından götürülmüş müxtəlif yaşlarda olan insanların xüsusi seçilmiş 30 kəllənin üzərində göz yuvasının cinsi fərqləri tədqiq edilib. Kəllələrin yaş-cinsi xüsusiyyətləri üzrə bölgüsü zamanı insanın fərdi inkişafının yaş dövrlərinə dair təsnifatdan istifadə edilmişdir Kişi və qadın kəllələrində göz yuvasının kraniometrik ölçülərində cinsi fərqləri müəyyən etmək üçün onun eni və hündürlüyü ölçülmüş, göz yuvası indeksi müəyyən edilmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, qadınlarda göz yuvalarının boylama oxları bir-birinə daha yaxın yerləşir; kişilərdə göz yuvalarının girəcəyi düzbucaqlı, qadınlarda isə dairəvi olur. Kişilərdə göz yuvasıüstü kənar önə çıxır və göz yuvasının yuxarı yarığı kişilərdə qadınlara nisbətən daha böyük olur. Ölçmələrin nəticələri göstərir ki, tədqiq edilən bütün yaş dövrlərində kişilərdə orbitin hündürlüyü, eni və orbital göstərici qadınlardan çoxdur. Qocalıq dövründə göz yuvalarını ölçülərində cinsi fərqlər digər yaş dövrlərinə nisbətən daha az nəzərə çarpır. Bu məlumat göz yuvalarında cərrahi müdaxilələr zamanı, başın üz hissəsinin rentgenoqramlarının təhlil edərkən və sümük qalıqları əsasında insanın cinsiyyətini təyin edərkən istifadə edilə bilər.

More from our Archive