DOI: 10.28942/acj.v28i2y2026.148 ISSN:

İnfeksion endokarditin nadir ağırlaşması: Mitral-aortal intervalvulyar fibrozanın zədələnməsi, perforasiya və psevdoanevrizma

T. Fidan Əliyeva

İnfeksion endokardit, ürək qapaqlarının və onlara bitişik strukturların infeksion zədələnməsi ilə xarakterizə olunan ciddi xəstəlikdir. Nadir, lakin ciddi fəsadlardan biri mitral və aorta qapaqları arasında yerləşən lifli toxumanın dağılmasıdır. Bu nahiyənin infeksion zədələnməsi perforasiyaya, abses formalaşmasına və ya yalançı anevrizmaya (pseudoanevrizma) səbəb ola bilər ki, bu da yüksək ölüm riski daşıyır. Erkən diaqnoz və vaxtında cərrahi müdaxilə xəstənin proqnozunda mühüm rol oynayır. Təqdim olunan klinik hal, bu nadir anatomik nahiyənin infeksion zədələnməsi ilə yanaşı, eyni vaxtda bir neçə struktur fəsadın aşkar edilməsi baxımından diqqətəlayiqdir.

More from our Archive