DOI: 10.28942/appj.vxxii1y2021.228 ISSN:

İNDONEZİYADA ÜÇÜNCÜ SƏVİYYƏLİ XƏSTƏXANANIN YAŞLI AMBULATOR PASİYENTLƏRİ ÜÇÜN POTENSİAL OLARAQ UYĞUN OLMAYAN DƏRMANLAR

Yosi Febrianti

Geriatrik pasiyentlərin sayının artması sağlamlığa aid çoxsaylı problemlərə təsir göstərir. Geriatrik pasiyentlərin yaşı artdıqca onlar təbii faktorlar və ya xəstəliklər səbəbindən yaranan müxtəlif fiziki şikayətlərə daha həssas olurlar. Tədqiqatda geriatrik ambulatoriyada potensial olaraq uyğun olmayan reseptlərin yayılması təsvir edilmişdir. Retrospektiv kross-seksion tədqiqatlar İndoneziyada üçüncü səviyyəli xəstəxanalardan birində tibbi sənədləşmə şöbəsində üç ay müddətində aparılmışdır. Əldə olunan məlumatlar Birs meyarı (2012) istifadə edilərək təhlil edilmiş və nəticələr statistik işlənilmişdir. 3 ay ərzində cəmi 548 resept toplanılmışdır. İndoneziyada üçüncü səviyyəli xəstəxanalarda potensial uyğun olmayan reseptlərin istifadəsinin 24,5%-ə qədər olduğu müəyyən edilmişdir. Ən çox yayılan potensial uyğun olmayan reseptlərə qeyri-steroid iltihabəleyhinə vasitələr (QSİƏV) (17%) və benzodiazepinlər (12%) aid olmuşdur. Ən çox rast gəlinən potensial uyğun olmayan reseptlər 66 şəxsə təyin edilən QSİƏV olmuşdur.

More from our Archive