DOI: 10.28942/appj.vxxii1y2021.227 ISSN:
İKİ VALENTLİ PALLADİUMUN KÜKÜRD–OKSİGEN VƏ KÜKÜRD-AZOT TƏRKİBLİ BİOLOJi FƏAL LİQANDLARLA QARIŞIQ LİQANDLI KOMPLEKSLƏRİ
Gültəkin İ. Acalovaİlk dəfə olaraq iki valentli palladiumun etilendiamindiasetat və merkaptoasetat turşuları ilə fərdi və qarışıq liqandlı kompleksləri alınaraq quruluş və tərkibləri müasir fiziki-kimyəvi üsullarla öyrənilmişdir. Sübut edilmişdir ki, sintez edilmiş fərdi və qarışıq liqandlı bütün komplekslərdə etilendiamindiasetat azot atomları ilə bidentatlı, merkaptoasetat isə yalnız kükürd atomu ilə monodentatlı koordinasiya edirlər. Liqandların karboksil qrupları koordinasiyada iştirak etmirlər. Komplekslər ərimədən palladium (II) oksidinə qədər parçalanırlar. Komplekslərin ilkin antimikrob xassəsinin tədqiqi göstərir ki, aşağıda göstərilən sıra üzrə bioloji fəallıq artır: [Pd(EDDA)(SCH2COOH)2] > [Pd(NH3)2(SCH2COOH)2] > [Pd(EDDA)(NH3)2]Cl2].