DOI: 10.28942/jtcem.v5i1y2025.202 ISSN:

HİPOFİZ ÇUXURUNUN HƏCMİNİN VƏ SAHƏSİNİN CİNSDƏN ASILILIĞININ TƏHLİLİ.

S.V. Şadlinskaya

Tədqiqatda müxtəlif kəllə tiplərində və hipofiz çuxurunun müxtəlif formalarında, hipofiz çuxurunun həcm və sahə göstəricilərindəki cinsiyyət fərqləri öyrənilmişdir. Bunun üçün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsinin və Şüa diaqnostikası və terapiyası kafedrasının arxivlərindən götürülmüş 84 tomoqram retrospektiv olaraq təhlil edilmişdir. Tomoqramlara baxmaq üçün "RadiAnt DICOM Viewer" proqram təminatından istifadə olunmuşdur. Təhlil edilən kəllələrdən 30-unda hipofiz çuxuru dairəvi, 27-sində oval, 27-sində isə yastı formada olmuşdur. Hipofiz çuxurunun statistik təhlili göstərmişdir ki, qadınlarda sahə göstəricisi dairəvi formada 90,3±6,3 mm², oval formada isə 94,5±4,3 mm² təşkil etmişdir ki, bu da kişilərdəki müvafiq göstəricilərdən daha yüksəkdir. Yastı formada isə bu göstərici həm qadınlarda, həm də kişilərdə eyni ölçüdə (91,9±3,3 mm²) olmuşdur. Həcm göstəricilərinin müqayisəsində də eyni dinamika müşahidə edilmişdir. Kişilərdə hipofiz çuxurunun sahəsi dolixokranial kəllələrdə braxikranial və mezokranial kəllələrə nisbətən, qadınlarda isə mezokranial kəllələrdə braxikranial və dolixokranial kəllələrə nisbətən daha kiçik olmuşdur. Həcm göstəriciləri kişilərdə dolixokranial kəllələrdə braxikranial və mezokranial kəllələrə nisbətən, qadınlarda isə mezokranial kəllələrdə braxikranial və dolixokranial kəllələrə nisbətən daha aşağı olmuşdur. Beləliklə, müxtəlif kəllə tiplərində və hipofiz çuxurunun müxtəlif formalarında, hipofiz çuxurunun həcm və sahə göstəricilərində cinsiyyət fərqləri aşkar edilmişdir. Tədqiqatdan əldə edilən nəticələr hipofiz çuxuru və ya hipofiz vəzisi ilə əlaqəli müxtəlif patologiyalar zamanı tomoqramların təhlilində standart kimi istifadə oluna bilər.

More from our Archive