DOI: 10.28942/jtcem.v1i1y2026.10 ISSN:

HELİKOBAKTERİOZ: ETİOPATOGENEZİ VƏ MÜALİCƏ PRİNSİPLƏRİNƏ DAİR

H.M Əliyev

XX əsrin 80–ci illərinin əvvəllərində Avstraliyalı tədqiqatçılar B. Marşall və C.Uorren mədə -12 bağırsaq bağırsaq xoralarının əsas səbəbinin mədənin turş – peptiki təsirləri ilə deyil məhz Helicobacter pylori tərəfindən törədilən spesifik infeksion proses olduğunu sübut etmişlər [1,2]. Helicobacter pylori infeksiyası dünyada ən geniş yayılmış bakterial infeksiyalardandır. Bu mikroorqanizm xroniki qastrit və peptiki xora xəstəliyinin yaranmasında rol oynayır və adenokarsinoma və mədənin selikli qişasının limfoid toxumasının limfoması kimi mədə-bağırsaq sisteminin xərçəng prosesləri üçün risk amili rolunu oynayır. Son dövrlərdə aparılan elmi-tədqiqatlar dəri, ürək-damar, revmatizm, tənəffüs sistemi xəstəliklərindən xroniki obstruktiv ağciyər xəstəliyi, xroniki vərəm və bronxiostaz kimi mədə-bağırsaq sistemindən kənar patologiyaları olan şəxslər arasında H.pylori mikroorqanizminin rast gəlinməsinin yüksək olduğunu göstərmişdir.

More from our Archive