DOI: 10.28942/jpp.v2i2y2017.320 ISSN:

ERKƏN YAŞLI UŞAQLARDA PROTEY MƏNŞƏLİ KƏSKİN BAĞIRSAQ İNFEKSİYALARININ MÜALİCƏSİNDƏ SİNBİOTİKLƏRİN ROLU

M.H. Bağırova

Sinbiotiklər – pro bə prebiotiklərin müştərək preparatıdır. Probiotiklər normal bağırsaq mikroflorasına aid olan diri mikroorqanizmlərdir. Prebiotiklər üzvi kimyəvi birləşmələr olub, normal bağırsaq mikroflorasının inkişafı üçün şərait yaradırlar.Belə ki, hər iki qrup bağırsaq mikroflorasını normallaşdırır, orqanizmin mübadilə və fizioloji funksiyalarını gücləndirir. Onlar insanın sağlam mikroflorasını, immun sistemini saxlayır. Orqanizmdə probiotik kulturasının defisiti həyatın keyfiyyətini aşağı salır, dizbakterioza, iltihabi diareya proseslərinə, qidaların həzminin,dərinin vəziyyətinin pozulmasına səbəb olur. Orqanizmin müdafiə funksiyaları zəifləyir, allergik reaksiyaların inkişafı riski artır.

More from our Archive