DOI: 10.28942/jpp.v2i1y2016.295 ISSN:
ERKƏN YAŞLI UŞAQLARDA FƏSADLAŞMIŞ PNEVMONİYA VƏ PLEVRİTLƏR ZAMANI FİBRİNOLİTİK GÖSTƏRİCİLƏR
Y. MəstəliyevKəskin pnevmoniya uşaq yaşlarında ən çox yayılmış xəstəlik kimi qalmaqda davam edir. Ağırlaşmalarının patogenezinin lazımınca öyrənilməməsi ilə bağlı olaraq kəskin pnevmoniyaların gedişinin proqnozlaşdırılması çətin məsələdir [1]. Belə vəziyyətlərdə fibrinogenin, onun törəmələrinin fibrinoliz sistemi göstəricilərinin tədqiqi az aparılmışdır [2].