Endo-periodontal zədələnmələrdə lazer terapiyasının tətbiqi
Vüsalə Mirsahib BayramovaTədqiqatın məqsədi endodontik və periodontal zədələri olan xəstələrdə müalicəvi kombinasiyanın tətbiqi ilə əlaqəli immun dəyişiklikləri təhlil etmək idi. Tədqiqat 2020–2023-cü illər ərzində Azərbaycan Tibb Universitetinin Terapevtik stomatologiya kafedrasında aparılmışdır. İki qrup müqayisə edilmişdir: 1-ci qrup (əsas qrup, n=20) standart müalicəyə əlavə olaraq diod lazer terapiyası (Picasso Lite, İtaliya) almış, 2-ci qrup (nəzarət qrupu, n=21) isə yalnız ənənəvi müalicə ilə müalicə olunmuşdur. Əsas müalicə kursu başa çatdıqdan on iki ay sonra, tətbiq olunan müalicə üsulundan asılı olaraq proiltihabi sitokin TNF-α və immunoqlobulin IgA göstəricilərində statistik cəhətdən əhəmiyyətli fərqlər aşkar edilmiş və əsas qrupda ağız boşluğu mayesində bu göstəricilərin səviyyəsində daha nəzərəçarpacaq azalma müşahidə olunmuşdur.