DOI: 10.28942/appj.vxxii1y2021.230 ISSN:

DİZ OYNAĞININ İLKİN ÜMUMİ DƏYİŞİLMƏSİNDƏN SONRA ASPİRİN, ENOKSAPARİN VƏ RİVAROKSABANIN MÜQAYİSƏSİ: SƏUDİYYƏ ƏRƏBİSTANINDA PROSPEKTİV TƏDQİQAT

Məryəm Əhməd Alameri

Ciddi ortopedik cərrahiyyə əməliyyatını keçirmiş xəstələrdə venoz tromboemboliya (VTE) riski yüksək olduğundan tromboprofilakanın gündəlik istifadəsi bir neçə ildir ki, müalicə standartı hesab olunur. Tədqiqatın məqsədi diz oynağının ilkin ümumi dəyişdirilməsindən sonra aspirin, enoksaparin və rivaroksabanın klinik nəticələrinin müqayisəsidir. Prospektiv tədqiqat Səudiyyə Ərəbistanında iki tibb mərkəzində həyata keçirilmişdir. Əməliyyatdan sonra 35 gün ərzində hər xəstəni izləmək üçün porspektiv məlumat toplama vərəqəsi istifadə edilmişdir. Tədqiqata cavab tezliyi 87.86% (242/276) olan 242 xəstə daxil edilib. Aparılan VTE profilaktika istifadə olunan dərman növünə görə xəstələr 3 qrupa bölünüblər: Enoksaparin 85/242 (35.1%), Rivaroxaban 128/242 (52.9%), Aspirin 29/242 (12.0%). Tədqiqatda rivaroxaban həm ən yüksək dərin venaların trombozu hadisəsi, həm də 2 kiçik qanaxma hadisəsi ilə əlaqədar ən pis profilə sahibdir. Aspirin qrupu xəstələri əməliyyatdan sonrakı ağırlaşmalar və bərpa tədbirləri baxımından ən yaxşı profilə sahibdirlər.

More from our Archive