DOI: 10.28942/jtcem.v5i1y2025.195 ISSN:

DARIDAĞ MƏRGÜMÜŞLÜ DUZUN OSTEOARTROZLU XƏSTƏLƏRİN KOMPLEKS MÜALİCƏSİNDƏ ƏHƏMİYYƏTİ

S.A. Bağırov

Deformasiyaedici osteoartrit əhalinin böyük bir hissəsinə təsir edən xəstəliklərdən biridir. Osteoartritin klinik gedişatında ağrı sindromu öz kəskinliyi ilə xəstələrin həyat keyfiyyətini pozur. Sübut olunmuşdur ki, osteoartritin müalicəsində fiziki və təbii amillərdən istifadə ən təhlükəsiz üsullardan biri hesab edilir. Bu baxımdan, oynaq xəstəliklərinin müalicəsində təbii Darıdağ arsen duzu (DAD) məhlulunun tətbiqi xüsusi maraq doğurur. 2019–2023-cü illər ərzində osteoartritdən əziyyət çəkən 150 xəstə müayinə olunmuşdur; onlarda qadınlar üstünlük təşkil etmişdir (70%). Təyin olunmuş müalicə üsullarından asılı olaraq, osteoartritli xəstələr 3 qrupa bölünmüşdür: 1-ci (əsas) qrup – 90 xəstəyə Darıdağ arsen duzunun 4%-li məhlulu ilə ümumi elektroforez və impuls rejimində mikrodalğalı terapiya tətbiq edilmişdir. 2-ci qrup – 27 xəstəyə Darıdağ arsen duzunun 4%-li məhlulu ilə ümumi elektroforez aparılmışdır. 3-cü qrup – 33 xəstəyə oynaqlara kontakt üsulu ilə lokal şəkildə impuls mikrodalğalı terapiya tətbiq olunmuşdur. Müalicə prosesinə masaj və müalicəvi gimnastika da daxil edilmişdir. Kompleks müalicəvi təsir nəticəsində yaranmış disbalansların aradan qaldırılması, iltihabın və destruktiv proseslərin zəifləməsi osteoartritin patogenez mexanizmlərinin stabilləşməsinə səbəb olmuşdur.

More from our Archive