DOI: 10.28942/appj.vxviiii2y2018.210 ISSN:
DƏRMAN PREPARATLARININ TƏYİNİ VƏ İSTİFADƏSİ ZAMANI ƏCZAÇILIQ XİDMƏTİNİN KEYFİYYƏTİ VƏ TƏHLÜKƏSİZLİYİ PROBLEMLƏRİ
Andrey B. QoryaçevMəqalədə əczaçılıq bazarının pərakəndə seqmetində dərman istehlakçılarına tibb və əczaçılıq müəssisələri tərəfindən göstərilən əczaçılıq xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi problemləri təhlil edilir. Rusiya əczaçılıq bazarına keyfiyyətsiz, saxtalaşdırılmış, kontrafakt preparatların nüfuzuna qarşı mübarizə haqda məlumatlar verilmişdir. Tibb və əczaçılıq işçilərinin dərmanla müalicədə informasiya səhvlərinin, eləcə də dərman istehlakçılarının informasiya səhvləri və qeyriqənaətbəxş hazırlıq səviyyəsinin potensial təhlükəsi analiz olunmuşdur. Dərmanların təyin edilməsi, seçilməsi və istifadəsində əczaçılıq təhlükəsizliyinin sosial zəruri səviyyədə saxlanılmasında səhiyyəişçilərinin rolu göstərilmişdir.