DOI: 10.28942/appj.vxvii2y2016.271 ISSN:

BİSMUT TƏRKİBLİ PREPARATIN ÜÇLÜ ANTİHELİKOBAKTER TERAPİYADA İSTİFADƏSİ

İlhamə Əmiraslanova

Aparılmış tədqiqatların nəticələri göstərir ki, H.Pylorinin artan antibakterial rezistenliyi uğursuz eradikasiyanın səbəbi kimi olaraq qalır. Standart üçlü terapiyanın bismut trikaliy disitrat (BTD) ilə və onun əlavəsi olmadan effektivliyinin müqayisəli təhlili göstərir ki, standart üçlü terapiya tərkibində BTD (De-nol)-un olması yüksək dərəcədə effekti təmin edir. Beləliklə, standart üçlü terapiyanın tərkibinə de-nolu əlavə etdikdə Н.pylorinin klaritromisinə qarşı olan rezistentliyi aradan qaldırılır və bu helikobakter əlehinə eradikasyon terapiyanın effektivliyini 96,6 ± 2,40%-ə qədər qaldırır. Həmçinin tədqiqatların nəticələrindən aydındırki, xəstələrin şikayətlərinin azalması, endoskopik və morfoloji şəkilin yaxşılaşması Н.pylori infeksiyasının uğurlu eradikasiyası ilə korrelyasiya olunur.

More from our Archive