DOI: 10.28942/jpp.v2i2y2017.332 ISSN:
BİRİNCİLİ İMMUN ÇATIŞMAZLIQ SİNDROMUNUN YARANMASINA MÜASİR BAXIŞLAR
N.O MollayevaMəqalədə pediatric praktikada birincili immun catışmazlıq sindromunun (BİCS) əsas yaranma səbəbləri araşdırılır. Bu sindromun İmmun sisteminə ontogenezdə xoşagəlməz təsir göstərən amillər, o cümlədən hamiləliyin ilk 3 ay ərzində infeksiyaların rolu vurğulanır . Birincili immun catışmazlığın kliniki variantları müasir elmi ədəbiyyata əsaslanaraq göstərilir. İmmun sistemində humoral və hüceyrə mexanizmlərində baş verən patoloji dəyişiklər təhlil olunur. BİCS yaranmasında genetic faktorların rolu təsdiqlənir və yenidoğulmuşlarda BİCS diaqnozunun erkən dövrdə qoyulmasının və bu qrup xəstələrə dinamik müşahidənin vacibliyi erkən uşaq ölümünün azalmasına gətirib cıxara bilər.