BAKI 2015 1-ci AVROPA OYUNLARI ZAMANI ƏCZAÇILIQ XİDMƏTİNİN TƏŞKİLİ
Fərid İ. ƏliyevMəlum olduğu kimi, Avropa Olimpiya Komitəsinin (AOK) 8 dekabr 2012-ci il 41-ci Baş Asambleyasında, 2015-ci ildə ilk Avropan Yay Oyunlarının keçirəlməsi üçün Bakı şəhəri seçilmişdi. Ölkə prezidenti cənab İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli sərəncamı ilə Oyunların Təşkilat Komitəsi yaradılmış, komitənin sədri Mehriban xanım Əliyeva təyin olunmuş və onun sərəncamına əsasən isə, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) yaradılmışdı. Qeyd etmək lazımdır ki, Avropa Oyunları miqyasına görə yalnız Yay Olimpiya Oyunlarından geri qalır. Oyunlar zamanı 16 idman arenasında 20 idman növü üzrə 253 medal uğrunda 50 ölkədən gəlmiş 6000 atlet mübarizə aparırdı. Bu Oyunları təşkil etmək üçün 2 ildən bir qədər çox vaxt var idi. Müqayisə üçün qeyd edək ki, London Olimpiadasının hazırlığına 7 il vaxt ayrılmışdı. Əczaçılıq xidmətlərinin təşkilinə gəldikdə London 2012 Olimpiya Oyunlarında buna 4 il, Bakı 2015 Avropa Oyunlarında isə eyni xidmətin hazırlıq dövrünə cəmi 1 il 3 ay zaman ayrılmışdı [1, 2]