Böyüklərdə COVID-19 xəstəliyinin menecmenti
Q. HaqverdiyevCOVID-19-un ilkin diaqnozu ilə xəstəxanaya qəbul edilmiş, pnevmoniyası və ağır pnevmoniyası olan xəstələrdə bakteriyal və viruslu infeksiya nəzərə alınaraq empirik müalicə planlaşdırılmalıdır. Empirik müalicədə istifadə ediləcək antibiotikin seçimi xəstənin klinik vəziyyətinə (xəstəxanaxaric pnevmoniya, xəstəxanadaxili pnevmoniya, sepsis, yanaşı xəstəliklər, immunsupressiya, son 3 ayda tibb müəssisələrinə tibbi yardım üçün edilən müraciət, daha əvvəl antibiotik istifadəsi), yerli epidemioloji məlumatlara və müalicə təlimatlarına əsasən həyata keçirilir. Antibiotik müalicəsi tətbiq edilərkən atipik pnevmoniyaya qarşı təsir də nəzərə alınmalıdır (beta-laktam antibiotik + makrolid və ya respirator ftorxinolon). COVID-19 diaqnozu təsdiqlənmiş xəstələrdə əlavə bakterial patogenin mövcudluğunun klinik və ya laborator sübutu olmadığı təqdirdə azitromitsindən başqa digər antibakterial preparatlar istifadə olunmamalıdır.