DOI: 10.28942/ajph.v3i1y2025.6 ISSN:

AZƏRBAYCANDA İQLİM DƏYİŞİKLİYİNİN İCTİMAİ QAVRAYIŞI VƏ ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ: SOSİOLOJİ TƏHLİL

Q. Haqverdiyev

Bu məqalə Azərbaycan əhalisinin iqlim dəyişikliyi barədə məlumatlılıq səviyyəsini, sağlamlıqla bağlı riskləri qavramasını və davranış dəyişikliklərinə hazırlığını öyrənmək məqsədilə aparılmış kompleks sosioloji tədqiqatın nəticələrinə əsaslanır. 1078 respondent arasında keçirilən sorğu əsasında məlumat mənbələri, iqlim dəyişikliyinə inam dərəcəsi, həmçinin ekoloji amillərin müxtəlif xəstəliklərin yaranmasına təsiri barədə ictimai rəy təhlil edilmişdir. Tədqiqat əhalinin, xüsusilə ürək-damar xəstəlikləri və qida məhsullarının keyfiyyəti ilə bağlı yüksək narahatlığını üzə çıxarır.

More from our Archive