DOI: 10.28942/appj.vxvii2y2016.265 ISSN:

AZƏRBAYCANDA ƏCZAÇILIQ SƏNAYESİ SOVET HAKİMİYYƏTİ DÖVRÜNDƏ, MÜSTƏQİLLİK İLLƏRİNDƏ VƏ İNKİŞAF PERSPEKTİVİ

Hafiz M. Əliyev

Son illər ölkəmizdə bir sıra sahələr üzrə yerli istehsalın yaradılması, idxaldan asılılığın azaldılması istiqamətində mühüm işlər aparılır. Əczaçılıq sahəsi , hal-hazırda yerli istehsalın çox aşağı səviyyədə olması, əksər dərman preparatların xaricdən gətiriməsi ilə xarakterizə olunur. Hazırda dünyada enerjidaşıyıcılarına qiymətlərin kəskin düşməsi və ölkəmizin müharibə şəraitində olması bir daha dərman təhlükəsizliyinin zəruriliyini ön plana çıxarır. Qeyd olunmalıdır ki, eyni problemlərlə ölkəmizin əczaçılıq sənayesi ötən əsrin əvvələri və ortalarında rastlaşmışdı. O, vaxtlarda ölkədə və respublikamızda əczaçılıq sənayesinin yaradılması istiqamətində mühüm addımlar atılmışdı. Bunun nəticəsində respublikada Ümumittifaq əhəmiyyətli minlərlə işçisi olan nəhəng zavodlar fəaliyyət göstərirdi. Bunlar yod istehsal edən, endokrin preparatlar istehsal edən, Bakı kimya əczaçılıq zavodu idi. Bu səbəbdən ölkəmizin əczaçılıq sənayesi tarixi haqqında, həmçinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə aid bəzi məlumatları təqdim etməyi məqsədə uyğun hesab edirik.

More from our Archive