DOI: 10.28942/appj.vxxii1y2021.223 ISSN:

Aronia melanocarpa YARPAQLARINDAN ALINAN EKSTRAKTLARIN FENOL BİRLƏŞMƏLƏRİ

Yelena V. Krivoruçko

Məqalədə Aronia melanocarpa yarpaqlarından alınan ekstraktların fenol təbiətli maddələrinin öyrənilməsinin nəticələri tədqim edilmişdir. Aronia melanocarpa yarpaqlarından alınan spirtli və sulu ekstraktlarından YEMX üsulu ilə fenol təbiətli 11 maddə (1 fenol turşusu, 5 hidroksidarçın turşusu, 5 flavonol) alınmışdır. Aronia melanocarpa bitkisindən alınan fenol birləşmələrin ümumi miqdarı spirtli ekstrakta 6986.6 mq/100 q, sulu ekstrakta isə – 3277.5 mq/100 q təşkil edir. Etanollu ekstraktda dominant maddə kimi rutin (742.5 mq/100 q), sulu ekstraktda isə kversetin törəmələri (126.9 mq/100 q) müəyyən edilmişdir. Aronia melanocarpa yarpaqlarının ekstraktı gələcək tədqiqatlar üçün perspektivli hesab olunur.

More from our Archive