DOI: 10.28942/jpp.v2i1y2016.291 ISSN:

ARAN RAYONLARINDA DOĞAN QADINLAR ARASINDA PERİNATAL İTKİLƏRIN YÜKSƏK RİSK AMİLLƏRİNİN YAYILMASI

S. Məmmədova

Məqsəd. Demoqrafik durumu fərqli olan Aran rayonlarında perinatal itkilərin yüksək risk amillərinin yayılma səviyyələrinin səciyyələndirmək. Material və metodlar. Materialları 2012–2014-cü illərdə hestasiyanın 22–ci tam həftəsindən sonra bitmiş: Sabirabadda – 7675, Beyləqanda – 3709, Bərdədə - 10671 və Ucarda – 3975 saydahamiləliklərin sənədləri. Yüksək risk amilləri (18 yaşdan əvvəl, 34 yaşdan sonra doğuş, 4 və daha çox sayda doğuş, doğuşlar arası interval 24 aydan az) qeydə alınmış və onların tezliyi, keyfiyyət əlamətlərinin xüsusiyyətləri statistikmetodları ilə işlənmişdir. Nəticələr. Müəyyən olunmuşdur ki, Aranın rayonları bir-birindən həm doğuşun səviyyəsinə görə, həm də doğan qadınlarda risk amillərinin yayılmasına görə fərqlənirlər. 18-34 yaşlarda vaxtinda baş vermiş birinci doğuş 24,5±0,68%-lə 28,7±0,44% arasında, 18 yaşa qədər doğuşlar 0-1,9±0,22% intervalında, 34 yaşdan sonra doğuşlar isə 0,3±0,06%-lə 9,8±0,24% arasında dəyişmişdir. Yüksək risk amillərinin yayılması Aranın rayonlarında dünyanın müxtəlif populyasiyalarında qeydə alnmış səviyyələrdən kənara çıxmır. Ən mühüm xüsusiyyət bir neçə risk amilinin (4 və çox doğuş, yaş˃34, doğuşlar arası interval

More from our Archive