DOI: 10.28942/jpp.v2i2y2017.317 ISSN:

ANANIN MAMA-GİNEKOLOJİ ANAMNEZİNİN RİSK AMİLLƏRİNİN DÖLÜN BƏTNDAXİLİ İNKİŞAFIN LƏNGİMƏSİNƏ TƏSİRİ

S.Z. Qarayeva

Bətndaxili inkişafın ləngiməsi (BDİL) olan anaların mama-ginekoloji anamnezinin risk amillərini öyrənmək məqsədilə BDİL-lə doğulan 315 uşağın anaları və normal antropometrik göstəricilərlə doğulan 119 uşağın analar müayinə olumuşdur. Apardığımız tədqiqatların nəticələri göstərir ki, hamiləlikləri BDİL-lə ağırlaşan analarda mama-ginekoloji anamnezdə birinci uşağın bədən kütləsinin 3000q az olması, ölüdöğulma və düşüklər BDİL-in yaranmasında risk amili kimi qiymətlənə bilər. Hazırki hamiləliyə qədər bir neçə risk amilin olması perinatal patologiyaların yaranma riskini daha da artırır.

More from our Archive