DOI: 10.28942/acj.v28i2y2026.144 ISSN:

ANADANGƏLMƏ KORREKSİYA OLUNMUŞ TRANSPOZİSİYA (CCTGA/L TGA), SEKUNDUM ATRİAL SEPTAL DEFEKT VƏ SİSTEMİK TRİKUSPİD REGURGİTASİYA: 23 YAŞLI PASİYENTİN EXOKARDİOQRAFİK DİAQNOSTİKASI VƏ KLİNİK HADİSƏ

S.V. Adıgözəlzadə

Anadangəlmə korreksiya olunmuş böyük arteriyaların transpozisiyası (ccTGA və ya L-TGA) atrioventrikulyar və ventrikuloarterial diskordans ilə xarakterizə olunan nadir və anatomik baxımdan mürəkkəb anadangəlmə ürək qüsurudur. İkiqat diskordans fizioloji olaraq korreksiya olunmuş qan axınını təmin etdiyi üçün xəstələr uzun illər simptomsuz qala bilərlər. Lakin sistemik mövqedə yerləşən morfoloji sağ mədəcik və trikuspid qapaq uzunmüddətli təzyiq və həcm yüklənməsinə qalaraq sistemik sağ mədəcik disfunksiyasına və trikuspid requrqi-itasiyaya səbəb ola bilər. Bu məqalədə sekundum tipli atrial septal defekt və sistemik trikuspid regurgitasiya ilə müşayiət olunan ccTGA diaqnozlu 23 yaşlı pasiyentin exokardioqrafik xüsusiyyətləri təqdim olunur. Bu klinik hadisə ccTGA olan böyüklərdə mədəcik morfologiyasının, atrioventrikulyar və ventrikuloarterial əlaqə-lərin, sistemik sağ mədəcik funksiyasının və sistemik trikuspid qapaq çatışmazlığının sistematik exokardioqrafik qiymətləndirilməsinin əhəmiyyətini göstərir.

More from our Archive