ALFA PORAKTANT QƏBUL EDƏN VƏ RESPIRATOR DISTRESS SINDROMLA VAXTINDAN ƏVVƏL DOĞULAN YENIDOĞULMUŞLARIN ÖLÜMÜ
S.N. MəmmədovaTədqiqatın məqsədi: respirator distress sindromla vaxtından əvvəl doğulan yenidoğulmuşların Alfa Proktantla müalicəsinin effektivliyinin qiymətləndirilməsi və Azərbaycanın doğuşayardım müəssisələrində onun artırılma imkanlarının təyini Material : 2014-2015-cı illər ərzində Azərbaycan Respublikasında 1300 ampula “KUROSURF” preparatı (Cheisi Farmaceu fici SpA, Parma, İtaly) istifadə olunmuşdur. Hər 1.5 ml ampulada 120 mg Alfa proktant var. KUROSUF-un istifadəsi üçün əsas göstəriş - vaxtından əvvəl yenidoğulmuşlarda respirator disterss sindromudur . Anadangəlmə inkişaf qüsurlu, bətndaxili pnevmoniyalı, neonatal aspirasion sindromlu və doğuş travması ilə vaxtından əvvəl doğulmuş yenidoğulmuşlara KUROSURF təyin edilməmişdir. Alınmış nəticələr: Respublika Perinatal Mərkəzində , Şəki və Gəncə regional Perinatal Mərkəzlərində letallığın səviyyəsi nisbətən aşağı olmuşdur. Əhəmiyyət kəsb edən yenidoğulmuşların yüksək səviyyəli letallığı Bakı Sağlamlıq Mərkəzində (66,7+ 7,3%), Sabirabad (40.0+ 12.7%) və Quba (57.5+ 7.8%) regional Perinatal Mərkəzlərində , Bakı 5 nömrəli doğum evində (52,6 + 11,5%) müşahidə olunmuşdur. KUROSURF terapiyası aparılmış yenidoğulmuşarın ümumi letallığı orta hesabla 25.3+ 1.7% (95 % etibarlılıq intervalı ilə 21,9 -28,7%) təşkil etmişdir. Nəticə: Respirator disstres sindromla vaxtından əvvəl doğulmuş uşaqların müalicəsində Alfa proktantın istifadəsi orta sayla 74,7 + 1,7 % yenidoğulmuşlarda həyatın saxlanılması imkanı verir. Alfa proktantla müalicənin effektivliyi doğulan zaman uşağın bədən kütləsindən (çəkisi 1500-1999 qr olan uşaqlarda effektiv nəticə) , doğuşa yardım müəssisənin səviyyəsindən (Respublika Perinatal Mərkəzində ən yaxşı nəticə) əhəmiyyətli dərəcədə asılıdır. Respirator distress sindromla vaxtından əvvəl doğulmuş və alfa proktant alan uşaqların ölüm riskinin bədən kütləsindən asılılığı müalicənin nəticələrinin qiymətləndirilməsində bədən kütləsinə dair standartlaşdırılmış ölüm əmsallarından istifadə zəruriyyəti yaradır.