DOI: 10.28942/ajph.v2i1y2021.20 ISSN:
Ağciyərlərin xroniki obstruktiv xəstəliyində hemostaz sisteminin dəyişiklikləri və onların korreksiyasının xəstəliyin kliniki-funksional gedişatına təsiri
G.R. ƏliyevaAğciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX) qeyri-infeksion xəstəliklər arasında həyat üçün ən təhlükəli olanlardan sayılır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən ACXOX əmək qabiliyyətinin itirilməsi səbəbləri sırasında ikinci, əsas ölüm səbəbləri arasında isə üçüncü yeri tutur [1, 5]. Bu səbəbdən xəstəliyin patogenezinə, kliniki gedişatına, müalicəsinə, profilaktikasına təsir edən müxtəlif faktorların araşdırılması daim diqqət mərkəzindədir. Belə amillərdən biri də ACXOX-da orqanizmin hemostaz sistemində baş verən pozuntuların tədqiqi ilə bağlıdır [2, 3, 4].