DOI: 10.28942/ajoms.v26i1y2026.9 ISSN:

Açıq Sinus Liftinq Proseduru: Cərrahi Texnika, Klinik Nəticələr və Fəsadların Qiymətləndirilməsi

F.İ. Həsənov

Giriş: Üst çənədə posterior nahiyədə sümük atrofiyası (dişlər çəkildikdən sonra) və haymor boşluğunun pnevmatizasiyası dental implantasiya üçün əsas maneədir. Obyektiv: Tədqiqatın məqsədi açıq sinus liftinq əməliyyatlarının bir və iki mərhələli yanaşmalarda klinik effektivliyini müqayisəli təhlil etməkdir. Metodlar: Tədqiqatda 72 xəstə iştirak etmiş və lateral pəncərə (PIEZO cərrahi alətləri) vasitəsilə sinus membranı qaldırılmışdır. Nəticələr: Bir mərhələli yanaşmada 96%, iki mərhələli yanaşmada isə 95.2% implant uğuru qeydə alınmışdır. Yekun: Müasir cərrahi metodlar posterior maksillada sinus əməliyyatlarının rahat aparılması üçün yüksək proqnozlaşdırıla bilən nəticələr verir.